Digital Services Company
Azərbaycanin Mobil Əyləncə Aləmində № 1
Karyera

 

DSC şirkəti enerjili, yaradıcı, bizim işimizə töhvə verə biləcək şəxslərin üzünə daim açıqdır. Biz əməkdaşlarımızla münasibətləri partnyorluq prinsipləri əsasında qururuq. Hədəfimiz uğur, məqsədimiz düzgün və yüksək texnologiyalı biznesdir. Bizim şirkətimiz çevik inkişaf edir və onunla birgə əməkdaşları da yüksəlir. Biz təklif edirik:

  • rəqabətə qadir əmək haqqı;
  • ixtisasartırma, təhsil;
  • peşə və karyera yüksəlişi.

Bizim vəzifəmiz – Şirkətin hər bir əməkdaşının yüksək aktivlik səviyyəsini saxlaması, öz yaradıcılıq potensialını artırması üçün əlverişli iş şəraiti yaratmaqdır. İşdən azad vaxtlarda şirkət kollektiv bayram, korporativ istirahət, idman tədbirləri təşkil edir.

Ümumi tələblər:

  • 30 yaşa qədər;
  • ali təhsil (və ya yuxarı kurs tələbələri);
  • xeyirxahlıq və ünsiyyət bacarığı;
  • öyrənmək və işləmək həvəsi;
  • səlis ingilis dili;
  • kompyüter biliyi.

Vakansiya:

    1. Proqramçı
    tələblər:
  • C (C++), şəbəkə protokolları, Windows, Unix sistemləri bilgisi;
  • telekommunikativ protokollar bilgisi;
  • Borland vizual işləmə vasitələrindən istifadə təcrübəsi, DB Oracle vərdişi;
  • Java, html + JavaScript + JSP bilgisi alqışlanır;
  • komandada işləmək bacarığı və təcrübəsi.
    2. Java-proqramçı
    tələblər:
  • Java, Corba + EJB, html + JavaScript + JSP bilgisi, DB Oracle vərdişi;
  • Borland vizual işləmə vasitələrindən istifadə təcrübəsi;
  • komandada işləmək bacarığı və təcrübəsi.

Biz Sizin vaxtınıza dəyər verir və buna görə də özünüz haqda informasiyanı birbaşa şirkət rəhbərliyinin ünvanına göndərməyi təklif edirik. Sizdən bir namizəd kimi geniş rezüme gözləyirik. Biznesdə şəxsi rolunuz və yeriniz haqda təsəvvürlərinizi, maraqlandığınız mövqeləri, vacib saydığınız və inkişaf etdirməyə hazır olduğunuz prioritet fəaliyyət istiqamətlərini göstərən əlavə məktubla da tanış olmaq istəyərdik. Bu məlumatlar bizim üçün Sizin arzu və istəklərinizi nəzərə almaq, işədüzəlmə prosedurunu qısaltmaq imkanı yaradacaq.

Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır ünvanına göndərilən materiallar Sizinlə görüş və gələcək əməkdaşlıq perspektivləri haqda qərar vermək üçün rəhbərliyə təqdim olunacaq.

Gözləyirik! Çağrımıza biganə qalmayın!

 
Son İşlər
 
  • 20.04.2010
    DSC-in 10 yaşı oldu. 10 illik tarixində Azərbaycanın ilk məzmun təminatçısı olaraq, şirkət Azercell abonentlərinə bir çox xidmət təqdim edib...
    Davamı >

  • 01.02.2010
    DSC, Him-Cim Anonim Tanışlıq Xidmətinin reklam kampaniyası çərçivəsində Antenn radiosunda sponsor programına başladı...
    Davamı >

  • 20.12.2009
    DSC, “Bravo” prodakşının Space TV-də yayımladığı “Davam Ya Tamam” şou-programının texniki dəstəyini həyata keçirir...
    Davamı >

Xəbər İcmalı
 




Ana səhifə Əlagə
Copyright © 2010. All Rights Reserved.