AZE|RUS|ENG
DSC

XİDMƏTLƏR / CRM

DSC həm də, bir neçə əsas istiqamətdə fəaliyyət göstərən  “Tandem” ticarət markası altında keyfiyyətli Müştəri Servisinin qurulması sahəsində öz xidmətlərini təklif edir: xidmət konsaltinqi (çağrı mərkəzi və ön-ofsin qurulması), müştəri xidmətləri sahəsində personal seçimi və təlimi. Bu o deməkdir ki, indi yeni Çağrı Mərkəzi yaratmaq və ya köhnəni təkmilləşdirmək, ön-ofisin işini təşkil etmək/yaxşılaşdırmaq, xidmət göstərəcək personalı seçmək və təlimləndirmək çox asandı, çünki “Tandem” mütəxəssisləri ön-ofislərin və əlaqə mərkəzlərinin yaradılması, idarə edilməsi,  xidmət personalı üçün təlimlərin təşkili sahəsində çoxillik təcrübəyə, kompüter telefoniyası texnologiyaları sahəsində dərin biliklərə malikdir və bu istiqamətlərdə həm də autsorsinq (resursların kənardan cəlb edilməsi) xidmətləri  təklif edirlər.