AZE|RUS|ENG
DSC

XƏBƏRLƏR

EMIN-in yubiley konsertlərinin promo aksiyası üçün “Beat Group”-la əməkdaşlıq
20 noyabr, 2014 14:47

DSC “Mpromo” ticarət markası altında EMIN-in Rusiya estrada ulduzları ilə birgə Bakı və Moskvada keçiriləcək konsertlərinin promo aksiyası üçün tam texniki dəstək göstərir. Aksiyanın hədəfi Azərbaycan mobil rabitə istifadəçilərinin konsertlərə pulsuz bilet uduşunu təşkil etməkdir. Kampaniya SMS lotereya və IVR viktorina şəklində həyata keçirilir. Konsertlərdən biri dekabrın 4-də Bakı Kristal Zalında baş tutacaq. Digər yubiley konserti isə 11 Dekabrda Crocus City Hall-da keçiriləcək.

Artıq kampaniyanın ilk qalibləri də bəllidir. Onlar Bakı Kristal Zalında keçiriləcək “EMIN və dostları” konsertinə pulsuz biletlər qazanıblar.

Layihə “Beat Group”-un sifarişi ilə həyata keçirilir.