AZE|RUS|ENG
DSC

XİDMƏTLƏR / İT həllər

İT texnologiyalarına əsaslanan biznes o qədər dinamikdir ki, hər gün ixtiraçılıq və çevik innovativ qərarlar tələb edən yeni oyun qaydaları diktə edir. İstehlakçıların artan tələbləri bizim komandanı mobil industriyanın ən son nailiyyətləri ilə dəbli tendensiyaların kəsişdiyi yerdə yeni xidmətlərin yaradılmasına və bununla istehlakçıların bizim təkliflərə göstərdikləri marağın müsbət dinamikasını qoruyub saxlamağa və uğurla inkişaf etdirməyə ruhlandırır. Artıq klassikaya çevrilmiş əsas texnoloji həllərin optimallaşdırması və eləcə də yeni dizaynların tətbiq edilməsi şirkətimizin tutduğu kursun meyarına çevrilib.


Dövlət qurumları üçün texnoloji həllər

DSC, göstərdiyi geniş xidmət diapazonu sayəsində həm də dövlət layihələri üçün İT həllərin işlənib hazırlanması və onların tam reallaşdırılması ilə məşğul olur. Buna elektron hökumət layihəsinə dəstək verən - dövlət təşkilatlarının işinin elektronlaşdırılması, avtomatlaşdırılması üçün zəruri olan yüksək texnologiyaların tətbiqi, analitik sistemlərin və məlumat banklarının yaradılması, sosial layihələrə göstərilən dəstək və s. daxildir.

 

Biznes üçün həllər

DSC komandası,  biznes prosesləri asanlaşdıran, hər cür fəaliyyət növünə uyğunlaşdırılmış funskional həllər əsasında proqram təminatı xidmətləri göstərir: maliyyə sahəsi, təbabət, nəqliyyat, idman, turizm, informasiya texnologiyaları və s. 

Mobil Əlavələr

Mobil tətbiqetmələr, əyləncə və təhsil xarakterli məhsulların, vacib məlumatların əldə edilməsini asanlaşdıraraq və ya kommunikativ rol oynayaraq, mobil telefon istifadəçilərinin həyatına köklü daxil olub. Şirkətimizin vəzifəsi bütün telefon modelləri istifadəçiləri üçün applikasiyalar yaratmaqdır - onları bahalı smartfon almağa məcbur etmədən.

Web-həllər

DSC, müxtəlif mürəkkəblikdə, geniş funksiyalara malik və yüksək təhlükəsizlik səviyyəsi olan interaktiv web-saytların işlənib hazırlanmasını təklif edir. Bundan əlavə, biz idarəetmə, saxlama, versiyalara nəzarət, internet-naviqasiya, axtarış və müxtəlif növ mətnli və qrafik kontentin dərc edilməsi üçün rahat bir alət olan CMS-işləmələri da təklif edirik. Müştərilərimizə təklif etdiyimiz  interfeys istifadə üçün sadədir və  məlumatların yerləşdirilməsi, dizayn tərtibatı prosesinin avtomatlaşdırılmasına kömək edir, funksionallıq imkanlarını genişləndirir. Biz həm fiziki şəxslərə hesablanmış kiçik layihələrlə, həm də çoxsəviyyəli korporativ saytlar və mobil portallarla məşğul oluruq.