Bonduelle şirkəti “Xoşbəxt ailənin resepti: Süfrədə peşəkar ləzzət, ailənizlə Parisə səyahət” adlı aksiya təşkil edib. Bonduelle məhsullarına daha çox alıcı cəlb etmək məqsədi daşıyan kampaniya çərçivəsində müştərilərə lotereyada iştirak etmək imkanı təqdim edilir. Mpromo müştərilərin lotereyada iştirakını asanlaşdıran mobil texnologiyalar vasitəsilə kampaniyanın həyata keçirilməsinə kömək edib. Alıcı məhsulların üzərinə yapışdırılmış stikerdəki xüsusi kodu 8848 qısa nömrəsinə göndərməklə lotereyanın iştirakçısına çevrilə bilir. Qaliblər hər həftə Mpromo komandasının hazırladığı mexanizmin köməyilə seçilir və Phillips mətbəx texnikası qazanırlar. Lotereyanın super prizi isə Parisə dörd nəfərlik ailəvi səyahətdir.Mpromo müştərilərin lotereyada iştirakını asanlaşdıran mobil texnologiyalar vasitəsilə kampaniyanın həyata keçirilməsinə kömək edib. Alıcı məhsulların üzərinə yapışdırılmış stikerdəki xüsusi kodu 8848 qısa nömrəsinə göndərməklə lotereyanın iştirakçısına çevrilə bilir. Qaliblər hər həftə Mpromo komandasının hazırladığı mexanizmin köməyilə seçilir və Phillips mətbəx texnikası qazanırlar. Lotereyanın super prizi isə Parisə dörd nəfərlik ailəvi səyahətdir. Aksiya 1 dekabr 2014-cü ildə start götürüb və 27 fevral 2015-ci ilədək davam edəcək.