AZE|RUS|ENG
DSC

XƏBƏRLƏR

Şirkətimizin təmsilçiləri ən nüfuzlu biznes tədbirlərindən biri olan “Marketing Kingdom Baku-3”-də iştirak ediblər
16 aprel, 2015 12:06

16-17 apreldə “Google”, “Unilever”, “P&G”, “Rolls Royce”, “Visa International” və s. kimi şirkətlərdən olan, marketinq və kommunikasiya sahəsinin dünyaca məşhur ekspertləri Bakıda çıxış ediblər. Mpromo brendinin yaradılması və inkişafı ilə məşğul olan təmsilçilərimiz sözügedən forumda iştirak edib və tətbiq edilən metodların doğruluğuna bir daha əmin olublar. Belə ki, çoxsaylı reklam platformalarının mövcud olduğu indiki zamanda müştərinin diqqətini məhz sizin məhsula çəkmək olduqca çətindir. Digital marketinq bu mürəkkəb tapşırığın öhdəsindən uğurla gəlir.