“Coca-Cola”nın Yeni illə bağlı aksiyasına texniki dəstək
03 noyabr, 2015 10:00
“Coca-Cola” 2015-ci il, noyabr ayının 2-dən etibarən irihəcmli Yeni illə bağlı SMS-aksiyaya rəsmən start verib. Kampaniya müştərilərə qablaşdırmadakı kodu SMS-lə qısa nömrəyə göndərməklə “Volkswagen Polo” qazanmaq şansı verir. Həftədə bir dəfə keçirilən uduşlarda ümumilikdə 10 avtomobil oynanılır. Aksiya iştirakçıları “Coca-Cola”dan həmçinin digər həvəsləndirici hədiyyələr də qazana bilərlər. DSC layihənin texniki dəstəkçisidir. Kampaniya 2016-cı il, yanvarın 6-dək davam edir.