AZE|RUS|ENG
DSC

XİDMƏTLƏR / VAS

Mobil rabitə operatorlarının Əlavə Dəyər Xidmətləri (VAS) - novator ideyalar və mobil texnologiyalar tələb edən, sürətlə və qızğın inkişaf edən təkliflər bazarıdır. Bizim şirkət müxtəlif zövqlü seqmentlərə yönəlik Əlavə Dəyər Xidmətləri təklif edir: klassik kontent təklifindən tutmuş,  geniş kütləyə yönəlik interaktiv, B2B proyektlər çərçivəsində mobil marketinq xidmətlərinə, mobil sosial şəbəkə və mikroödəmələrədək. Nəticədə DSC, mütəmadi artan, geniş, sadiq abunəçi bazası toplayıb. İstedadlı komandanın yeni ideyaları isə strateji tərəfdaşlarımızın peşəkar maraqlarına dəstək verir.


Mikro-Ödəmələr

Mobil kommersiya bütün dünyada, o cümlədən Azərbaycanda stabil artımla fərqlənən ən perspektivli biznes növlərindən biridir. Bu növ ödəmələrin şübhəsiz üstünlüyü onların rahatlığıdır. Mikro-ödəmələr sistemi vasitəsilə bizim abonentlər, mal və xidmət haqqını bilavasitə telefon balansından ödəmək və çox sayda internet resursu xidmətlərini rahat əldə etmək imkanı qazanır. Bu resurslar sırasında sosial şəbəkələr, fayl mübadiləsi bazaları, internetdə fəaliyyət göstərən bukmeker kontorları və kazinolar, tanışlıq xidmətləri, bank sektoru və eləcə də İT sahəsində xidmət göstərən bir çox digər şəbəkə resursları daxildir.

Mobil Sosial Şəbəkələr

Biz, abonentlərin müxtəlif maraq sahələrində kommunikasiyasını asanlaşdıran bir sıra – daxili potensialı üzə çıxaran açıq meydan, zəmanətli  təhlükəsizlik və məxfilik səviyyəsində konfidensial ünsiyyət şəbəkəsi qismində xidmətlər təklif edirik.  Mobil Sosial Şəbəkə (Mobile Social Network) xidmətləri abonentlərin istəyi əsasında bir neçə ötürmə kanalı vasitəsi ilə təklif olunur: SMS, IVR, WEB/WAP.

İnteraktiv xidmətlər

Bu gün, mobil xidmətlər industriyasını əyləncəli, informativ və ya marketinq xarakterli interaktiv servislər olmadan təsəvvür etmək mümkün deyil.  Abonentlərin ictimai həyatda fəal iştirak, reklam sahələrinə çatım, öz fikrini bildirmək, yarışların nəticələrinə təsir etmək və priz qazanmaq imkanı yaradan səsvermə, viktorina, auksion, teleelan xidmətlərinə aşkar marağı, şirkətimizi daim istehlakçı tələblərini qarşılamaq və bazara yeni məhsullar çıxarmaq istiqamətində çalışmağa təşviq edir.

Kontent xidmətləri

Müxtəlif sahələrdə çox sayda VAS xidmətlərinin yaranmasına baxmayaraq, onun əsasını əvvəlki kimi kontent xidmətləri təşkil edir. Kontentin təqdim edilməsi üçün həm ənənəvi, həm də nisbətən yeni  ötürmə imkanlarından istifadə olunur: SMS, MMS, USSD, IVR, WEB/WAP, STK, DSTK, ICB və müxtəlif mobil tətbiqetmələr  və s. Bizim portallarda məzmun xidmətlərinin tam dəsti təklif olunur: mətn, musiqi, səs xidmətləri, oyun, video, animasiya, şəkil, applikasiya... – minlərlə, daim artan aktual kontent bazası.

Mobil Marketinq

Mobil Marketinq hazırda istehlakçı seçim və tələblərini formalaşdıran ən populyar vasitələrdən biridir. Bizim ekspertlər, yaş, zövq, cins, yer və s. müxtəlif kriteriyalara görə müəyyən istehlakçı seqmentinə yönəlik, təsirli nəticələr göstərən, müştərilərimizin öz hədəf kütləsi ilə interaktiv əlaqə qurmasına, məhsul haqda informasiya ötürməsinə imkan yaradan marketinq həllərini işləyib hazırlayır və reallaşdırır.